Çavuşoğlu Kılıçdaroğlunu qınadı: Ciddi olunbackend

Çavuşoğlu Kılıçdaroğlunu qınadı: Ciddi olun

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə hakimiyyətinin Rusiya Federasiyasının Türkiyədəki seçkilərə müdaxilə cəhdlərinə dair heç bir sübutu yoxdur.

NOCOMMENT.az “Habertürk”ə istinadla xəbər verir ki, bunu Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri Mövlud Çavuşoğlu deyib.

O bu cür ittihamlarla çıxış edən müxalifətin prezidentliyə namizəd Kamal Kılıçdaroğlunu daha ciddi olmağa çağırıb:

“Cənab Kılıçdaroğlu Rusiyanı təhdid etməyə başladı. Hansısa ölkə ilə münasibətlərimizi bu cür korlamaq səhvdir. Ondan soruşdum ki, sübutu, sənədi varmı? Cavab verdi: “Məndə belə təəssürat yarandı”. Türkiyənin müxalifət lideri olmaq istəyən şəxs daha ciddi olmalıdır. Seçkilərə müdaxiləyə dair heç bir məlumat daxil olmayıb”.

Nazir vurğulayıb: “Əgər bəyanatla çıxış edirsinizsə, o zaman sənədləri və sübutları dövlətlə bölüşnn, əks halda, bu, seçki təbliğatıdır”.

M. Çavuşoğlu qeyd edib ki, təəssürat əsasında heç bir ölkəni hədəfə almaq mümkün deyil.