Çavuşoğlu: NATO Ermənistana çağırış etməlidirbackend

Çavuşoğlu: NATO Ermənistana çağırış etməlidir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NATO Ermənistana Azərbaycan torpaqlarından çıxması üçün çağırış etməlidir.

NOCOMMENT axar.az-a istinadən xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu NATO Baş naziri Yens Stoltenberqlə birgə keçirdiyi brifinqdə deyib.

“Ermənistanın mülki əhaliyə hücumu yeni deyil. Tarixə baxdıqda, Xocalıda 600-dən çox insanı vəhşicəsinə qətl etdiyini görə bilərsiniz. Cari ilin iyulunda da Ermənistan yenə mülki əhaliyə hücum etdi. Azyaşlılar da daxil olmaqla, bir neçə dinc sakin həyatını itirdi.

Son günlərdə küncə sıxılan İrəvan Gəncə, hətta Bakıya raket atmağa başladı. Azərbaycan isə öz torpağında mübarizə aparır. Öz torpağını terrorçu və işğalçılardan azad edir. Burada hər kəsin Azərbaycana dəstək verməsi vacibdir. Ancaq bir çox beynəlxalq təşkilatlar və ölkələr Ermənistanı dəstəkləyəcək açıqlamalar verir. NATO Ermənistana Azərbaycan torpaqlarından çıxması üçün çağırış etməlidir”, – deyə Çavuşoğlu bildirib.