Çavuşoğlu NATO-nun Baş katibi ilə görüşdübackend

Çavuşoğlu NATO-nun Baş katibi ilə görüşdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu NATO-nun Baş katibi Yens Stoltenberqlə görüşüb.

NOCOMMENT qafqazinfo-ya istinadən xəbər verir ki, iclas NATO-nun Brüsseldəki qərargahında keçirilib.

Çavuşoğlu iclasdan sonra sosial şəbəkədə paylaşdığı açıqlamada ittifaqda birlik və həmrəyliyin daha da gücləndirilməli olduğunu bildirib.

“Ölkəmiz ittifaqın qarşısını alma və qorunma fəaliyyətlərində kritik və aparıcı rol oynayır. NATO-nun Əfqanıstan və İraqdakı fəaliyyətlərini dəstəkləməyə davam edəcəyik”, – deyə Çavuşoğlu qeyd edib.

Çavuşoğlunun Brüsseldəki görüşləri çərçivəsində Avropa Şurasının prezidenti Çarlz Mişel ilə də görüşəcəyi gözlənilir.