Çavuşoğlu qazaxıstanlı və seneqallı həmkarları və Qətərin baş naziri ilə danışdıbackend

Çavuşoğlu qazaxıstanlı və seneqallı həmkarları və Qətərin baş naziri ilə danışdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu qazaxıstanlı həmkarı Murat Nurtileu, seneqallı həmkarı Aissata Tall Sall və Qətərin baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman Əl Sani ilə ayrı-ayrılıqda telefon danışığı aparıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən yazılı açıqlama verilib.

Nurtileunu yeni təyinatı münasibətilə təbrik edən Çavuşoğlu, 6 fevralda baş verən Kahramanmaraş mərkəzli zəlzələlərdən sonra göstərdiyi dəstəyə və həmrəyliyə görə Qazaxıstana təşəkkür edib.

Çavuşoğlu seneqallı və qazaxlı həmkarları ilə də ikitərəfli əlaqələri müzakirə edib.

NOCOMMENT.AZ