Çavuşoğlu: Suriyalıları bir plan çərçivəsində göndərəcəyikbackend

Çavuşoğlu: Suriyalıları bir plan çərçivəsində göndərəcəyik

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu deyib ki, suriyalı qaçqınların geri göndərilməsini seçki materialına çevirmək düzgün deyil. “Bir plan çərçivəsində sığınacaq axtaranları göndərəcəyik” dedi.

NOCOMMENT xəbər verir ki, Çavuşoğlu NTV-nin canlı yayımında gündəmlə bağlı sualları cavablandırıb və qiymətləndirmələr edib.

Bölgəsində seçki işlərini davam etdirdiklərini ifadə edən Çavuşoğlu, 28 May prezident seçkilərinin ikinci turunda prezident Rəcəb Tayyib Ərdoğanın Antalyadan daha çox səs alacağını gördüklərini söylədi.

Seçicilərin ikinci tur üçün də sandıq başına getməsinin çox vacib olduğunu dilə gətirən Çavuşoğlu birinci turda olduğu kimi sakit və dinc seçki keçməsini arzulayıb.

Türkiyədə sığınacaq axtaranların seçkilərdə gündəmə gəlməsi məsələsinə də münasibət bildirən Çavuşoğlu, “Sığınacaq axtaranların seçkilərə tamamilə hakim olmasını doğru hesab etmirəm. Bu, mühüm problemdir. Suriyadakı böhran da mühüm problemdir. Sığınacaq axtaranların, qeyri-qanuni miqrantların problemi dünyanın ciddi problemlərindən biridir. Və bu problem dünyada artmaqda davam edəcək. Bunu yaxşı idarə etmək lazımdır” dedi.

Sığınacaq axtaranlarla bağlı məsələnin də Ak Partiyanın seçki gündəmində olduğunu qeyd edən Çavuşoğlu, “Suriyalıları seçki materialı olaraq geri göndərmək düzgün deyil. Bunun ciddi işlərlə edilməsi lazımdır” dedi.

Türkiyəyə yeni mühacirlərin gəlməsinin qarşısını almaq üçün lazımi tədbirləri gördüklərini ifadə edən Çavuşoğlu, “İdlibdə yüz min briket evi tikərək oradan gələn immiqrasiya təzyiqinin qarşısını aldıq. Digər tərəfdən Suriya və İran sərhədlərində divarlar çəkərək və ağıllı kameralar yerləşdirərək əlavə immiqrantların qarşısını aldıq. Bundan əlavə, sərhədimizin o biri tərəfində mövcudiyyətimiz bizə immiqrasiya təzyiqini də azaltdı” ifadələrindən istifadə edib.