Çavuşoğlu türk dənizçiləri İstanbulda qarşıladı – VİDEObackend

Çavuşoğlu türk dənizçiləri İstanbulda qarşıladı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dəniz quldurları tərəfindən girov götürülən “Motsart” gəmisinin 15 heyət üzvü “Türk Hava Yolları” aviaşirkətinə məxsus təyyarə ilə İstanbula gətirilib.

NOCOMMENT xəbər verir ki, gəmiçiləri İstanbul hava limanında Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və onların ailə üzvləri qarşılayıblar.

Xatırladaq ki, yanvarın 23-də “Motsart” gəmisinə Nigeriya sahillərində dəniz quldurları tərəfindən hücum edilmişd. Hücum nəticəsində gəmidə olan 19 nəfər heyət üzvündən 3 nəfəri azad buraxılmış, 15-i girov götürülmüşdü. Gəminin mühəndisi olmuş həmyerlimiz Fərman İsmayılov hadisə zamanı qətlə yetirilmişdi.