Çavuşoğlu və Lavrov iftar süfrəsində bir araya gəldibackend

Çavuşoğlu və Lavrov iftar süfrəsində bir araya gəldi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada Rusiya xarici işlər naziri Sergey Lavrovla iftarda bir araya gəlib.

NOCOMMENT.az xəbər verir ki, Çavuşoğlu 6-7 aprel tarixlərində Türkiyədə rəsmi səfərdə olan Lavrovla Xarici İşlər Nazirliyinin rəsmi iqamətgahında iftar süfrəsi arxasında görüşüb.

Sergey Lavrovu Rusiyanın Ankaradakı səfiri Aleksey Yerhov müşayiət edib.

Qeyd edək ki, Türkiyə və Rusiya XİN başçıları sabah ikitərəfli və beynəlxalq gündəmdəki müxtəlif məsələləri müzakirə edərək birgə mətbuat konfransı ilə çıxış edəcəklər.

NOCOMMENT.AZ