Çavuşoğlu yunanıstanlı həmkarı ilə görüşdübackend

Çavuşoğlu yunanıstanlı həmkarı ilə görüşdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Yunanıstanın xarici işlər naziri Nikos Dendias ilə görüşüb.

NOCOMMENT.az xəbər verir ki, Mövlud Çavuşoğlu Avropa İttifaqının (AB) təşkil etdiyi Beynəlxalq Donorlar Konfransında iştirak etmək üçün Belçikanın paytaxtı Brüsseldə təmaslarını davam etdirir.

Çavuşoğlu və Dendias görüşdən sonra jurnalistlərə açıqlama verib.

Zəlzələlərdən sonra Yunanıstan hökumətinə və xalqına verdiyi dəstəyə və həmrəyliyə görə təşəkkürünü təkrarlayan Çavuşoğlu, Dendiasın Hatay səfərindən məmnun olduğunu bildirib.

Ən qısa zamanda Dendiasla yenidən görüşmək qərarına gəldiklərini ifadə edən Çavuşoğlu həmkarını Türkiyədə qonaq etməkdən çox xoşbəxt olacağını bildirib.

NOCOMMENT.AZ