Çavuşoğludan F-16 AÇIQLAMASIbackend

Çavuşoğludan F-16 AÇIQLAMASI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyə, Rusiya, Suriya və İranın qatılacağı nazir müavini səviyyəsində dördtərəfli görüşün 3-4 aprel tarixlərində Moskvada keçiriləcəyini açıqlayıb.

NOCOMMENT.az xəbər verir ki, Nyu-Yorkda Türkevində bir qrup türk jurnalisti ilə xarici siyasətdəki inkişaflar haqqında danışarkən bu barədə məlumat verib.

Nazir Çavuşoğlu, ABŞ və Türkiyə arasında davam edən F-16 prosesində bir tıxac olub-olmadığı haqda suala: “Əslində tam tıxanma yoxdur. Biz bilirik ki, administrasiya səmimi səylər göstərir. Onlar Türkiyəyə F-16-lar və ya mövcud təyyarələrin modernləşdirilməsi üçün lazım olan dəstləri verməkdə qərarlıdırlar. Konqresdə bunun əleyhinə olanlar var amma bilirik ki, rəhbərlik də buna qarşı çıxanlara qarşı səylər göstərir. Biz də müsbət nəticələrin ola biləcəyini gözləyirik” deyə açıqlama verib.

NOCOMMENT.AZ