Çayı da, balı da unudun! – Sən demə, boğaz ağrısı üçün ən təsirli qida turşu imiş!backend

Çayı da, balı da unudun! – Sən demə, boğaz ağrısı üçün ən təsirli qida turşu imiş!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müxtəlif xəstəliklərin səbəb olduğu boğaz ağrılarını aradan qaldırmaq üçün adətən çay və bal qarışıqlarından istifadə edilir. Lakin amerikalı həkim Linda Yensi boğaz ağrısının dərmanının turşu olduğunu açıqlayıb.

NOCOMMENT.az xəbər verir ki, medicina.az Dr. Linda Yensinin bu barədəki iddialarını təqdim edir:

Bir çoxumuz boğaz ağrısı ilə turşu arasında əlaqə qurmaqda çətinlik çəkə bilərik. Bununla belə, Dr. Yensi deyir ki, duz iltihabı azaldır. Buna görə araşdırmalar da turşunun boğaz ağrısını aradan qaldırmaq üçün əla bir həll yolu ola biləcəyini göstərir.
Dr. Yensinin sözlərinə görə, boğazda iltihabı aradan qaldırmaq üçün şirin qidalar deyil, duzlu qidalar qəbul etmək lazımdır. O, şüyüd turşusunu daha çox məsləhət görür. Ancaq təcili müdaxiləyə ehtiyac yarandıqda, evdə olan hərhansı turşudan yararlanmaq olar.

Boğaz ağrısını aradan qaldırmaq üçün istehlak edilən turşuların miqdarı insandan asılı olaraq dəyişə bilər. Yensi bunun tibbi müdaxilədən daha çox xalq təbabətinə əsaslanan evdə müalicə üsulu olduğunu etiraf edir.

Həkim qeyd edir ki, turşu müdaxiləsi uzun müddətdə boğaz ağrısının təkrarlanmasının qarşısını almır. Ancaq qısa müddətə də olsa, şiddətli ağrıları aradan qaldıran təsirə malikdir. Bu kiçik müdaxilə sayəsində simptomları azalda bilərsiniz.

Yensi turşu əvəzinə duzlu su qarqarasının da faydalı ola biləcəyini qeyd edib.

O, həddindən artıq duzdan istifadəni məsləhət görmədiyini, turşunun və ya duzlu su qarqarasının yalnız çox təcili hallar üçün tövsiyə edildiyini vurğulayıb.