Çaylarda sululuğun artacağı gözlənilirbackend

Çaylarda sululuğun artacağı gözlənilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Regionda yağan intensiv yağışlar nəticəsində, iyunun 26-27-də Gürcüstanda, Kür çayının Tiflis məntəqəsində suyun səviyyəsində əhəmiyyətli artım müşahidə olunub.

NOCOMMENT xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, bunun nəticəsində yaxın sutka ərzində Qazax, Ağstafa, Tovuz rayonlarının Kürətrafı ərazilərində sululuğun yüksək olacağı gözlənilir.

Hazırda Kürün Qıraq Kəsəmən məntəqəsində qeydə alınan sululuq səviyyəsi keçən illə müqayisədə 5-6 dəfə çox olmaqla, ongünlük normanın 165 faizini təşkil edir.

Son günlər ölkə ərazisinə yağan intensiv leysan yağışlar nəticəsində Kiçik Qafqaz ərazisindən axan bəzi çaylarda da sululuq artıb, qısamüddətli sel keçməsi müşahidə olunub.

Qeyri-sabit hava şəraitinin iyun ayının sonunadək davam edəcəyini nəzərə alaraq respublika çaylarında sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli sel keçəcəyi ehtimalı var.