Çayxanaya maska ilə silahlı hücumbackend

Çayxanaya maska ilə silahlı hücum

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Kağıthane rayonunda qəhvəxananın qarşısında olan Yusuf Koçyiğit motosikletli maskalı şəxslərin hücumuna məruz qalıb. Hücum zamanı kafenin qarşısında olan Yusuf Koçyiğit və kafedə olan iki nəfər yaralanıb.

NOCOMMENT xəbər verir ki, hadisə, saat 22:30 radələrində Harmantepe məhləsi Beyler küçəsində baş verib. Alınan məlumata görə, motosikletli maskalı qrup qəhvəxananın qarşısında dayanan Yusuf Koçyiğitə naməlum səbəbdən hücum edib.

Hücum zamanı Koçyiğit bədəninə dəyən güllələrdən ağır yaralanıb. Qəhvəxanada səsləri eşidən vətəndaşlar özlərini yerə ataraq qorunmağa çalışıblar. Lakin güllələr qəhvəxanada olan Hüseyn Soylu və Sadettin Yılmaza da dəyib. Yaralanan 3 nəfər ətrafdakı vətəndaşlar tərəfindən xəstəxanaya çatdırılıb.

Hadisə yerində geniş təhlükəsizlik tədbirləri görən polis uzun müddət kafe və ətrafı araşdırıb. Hücumda güllənin yaxınlıqdakı binanın şüşəsinə dəydiyi və evdə heç kimin tapılmadığı müəyyən edilib.

Hadisə ilə bağlı polis araşdırmalarını davam etdirir.