Cazibədar Türkiyəyə “hücum”: Ruslar, ukraynalılar, almanlar, bir də azərbaycanlılar…backend

Cazibədar Türkiyəyə “hücum”: Ruslar, ukraynalılar, almanlar, bir də azərbaycanlılar…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Statistika İnstitutunun (TÜİK) məlumatlarına görə, 2025-ci ilin noyabr ayında xarici vətəndaşlara mənzil satışı əvvəlki ilin eyni ayı ilə müqayisədə 9,7 faiz azalaraq 1943 ədədə çatıb.

NOCOMMENT.az xəbər verir ki, xarici vətəndaşların ən çox ev aldığı şəhərlər açıqlanıb.

Açıqlanan statistikaya görə, xarici vətəndaşlara ən çox mənzil satışının olduğu əyalətlər İstanbul, Antalya və Mersindir.

Xarici alıcılara İstanbulda 728, Antalyada 662 və Mersində 157 ev satılıb.

Paytaxt Ankara və əsas turizm və yaşayış mərkəzi olan İzmirin ilk üçlükdə olmaması diqqətəlayiqdir.

Ən çox evi ruslar alıb.

Milliyətinə görə qiymətləndirildikdə, noyabr ayında Türkiyədə ən çox ev alan əcnəbilərin Rusiya Federasiyası vətəndaşları olduğu müşahidə edilib. Onları Ukrayna və Almaniya vətəndaşları izləyir.

Noyabr ayında Rusiya Federasiyası vətəndaşları 310, Ukrayna vətəndaşları 159, Almaniya vətəndaşları isə 151 ev alıb.

Azərbaycanlılar da Türkiyədə ən çox mənzil alanlar siyahısındadır.

2025-ci ilin yanvar–oktyabr dövrü üzrə açıqlanan rəsmi məlumatlar da Azərbaycan vətəndaşları Türkiyədə ümumilikdə 741 mənzil alıblar. Halbuki 2024-cü ilin yanvar–oktyabr aylarında Türkiyədən cəmi 682 mənzil alınmışdı.

Amma təkcə bu ilin noyabr ayında həmyerlilərimiz Türkiyədə 90 mənzil alıblar.

Əntiqə Rəşid