Cəbhə bögəsində tapılan erməni meyitlərinin sayı artdıbackend

Cəbhə bögəsində tapılan erməni meyitlərinin sayı artdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qarabağ müharibəsidən sonra döyüş meydanlarıda qalan erməni cəsədləri tapılmaqda davam edir.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, dünən döyüş zonasında aparılan axtarış əməliyyatları zamanı daha yeddi hərbçinin və bir mülki şəxsin qalıqları tapılıb. Bu barədə qondarma ölkənin fövqəladə hallar xidmətinin sözçüsü Unan Tadevosyan məlumat yayıb

“Hadrut bölgəsinin Ayaslı kəndi ərazisində bir mülki şəxsin və bir əsgərin cəsədi tapılıb. Daha beş əsgərin cəsədi Cəbrayıll ərazisində, bir əsgərin cəsədi isə Ermənistanın Sünik bölgəsi, David Bəyin keçmiş inzibati ərazisində tapılıb”, – deyə Tadevosyan bildirib.

Onun sözlərinə görə, hərbi qulluqçuların şəxsiyyətinin müəyyənləşdirilməsi üçün məhkəmə ekspertizası təyin edilib. Morqdakı Hadrut sakini yaxınları tərəfindən paltarları ilə tanınıb – onun Hadrut şəhər sakini Arsen Qəhrəmanyan (1976-cı il təvəllüdlü) olduğu ortaya çıxıb.

Axtarış işləri bu gün Hadrut, Füzuli, Cəbrayıl), Zəngilan istiqamətlərində və Ermənistanın Sünik bölgəsindəki Meğri şəhərinin keçmiş inzibati ərazilərində davam edəcək. Əsgərlərin yaxınları və əraziyə bələd olan könüllülər axtarış işinə cəlb olunublar.

Axtarış işləri noyabr ayında başladığından bəri, son döyüş əməliyyatları aparılan ərazidə 1246 hərbi və mülki şəxsin cəsədi və qalıqları aşkar edilib.