Cəbhə bölgəsindən müraciət edən əsgərimizin evinə qaz çəkildi – VİDEObackend

Cəbhə bölgəsindən müraciət edən əsgərimizin evinə qaz çəkildi – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azəriqaz” İstehsalat Birliyi hərbçi Vüqar Əmrayevin videomüraciəti ilə bağlı açıqlama yayıb.

NOCOMMENT.az xəbər verir ki, açıqlamada bildirilir:

“Bu gün sosial şəbəkələrdə Astara rayonu Şiyəkəran kəndindən olan əsgər Vüqar Xudaverdi oğlu Əmrayevin videomüraciəti yayımlanıb. Müraciətdə bildirilir ki, o, ailəlidir, iki övladı var. Könüllü olaraq torpaqlarımızın azadlığı uğrunda əks-hücum əməliyyatlarına qoşulub. Sosial şəbəkələrdə yayılan görüntülərdə iddia edilir ki, onun yaşadığı fərdi yaşayış evindən qaz sayğacı sökülərək aparılıb və ailəsi soyuq havada qazsız qalıb.

“Azəriqaz” İstehsalat Birliyinin rəhbərliyinin göstərişi ilə məsələ dərhal nəzarətə götürülüb. Məlum olub ki, bu ailə ümumiyyətlə qazdan istifadə etmir, abonentimiz deyil və sözsüz ki, sayğacları da yoxdur. Məlumatda yanlışlığa yol verilib. Lakin buna baxmayaraq Birliyin rəhbərliyi bu əsgər ailəsinin qazla təchizatını üzərinə götürməklə bu gün çox qısa vaxt ərzində Lənkəran Regional qaz istismarı İdarəsinə qazlaşma işlərinin aparılmasını tapşırıb. Artıq haqqında danışılan ailə qazdan istifadə edir.

Hər kəsdən xahiş edirik ki, bu və ya digər hallarda qaz təsərrüfatına dair məlumatlar paylaşılmazdan öncə “Azəriqaz” İB-nin mövqeyini öyrənəsiniz”.

Qurum əsgər Vüqar Əmrayevin atası Xudaverdi Əmrayevlə söhbətin video materialını da təqdim edib.

Modern.az