Cəbhədə məğlub olan Ermənistan ordusu feyk nyusların ümidinə qalıbbackend

Cəbhədə məğlub olan Ermənistan ordusu feyk nyusların ümidinə qalıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Ordusunun sülhə məcburetmə və antiterror əməliyyatları nəticəsində Dağlıq Qarabağ və ətraf rayonlarda ard-arda məğlubiyyətə uğrayan Ermənistan informasiya müharibəsində də uğursuzluğa düçar olub.

NOCOMMENT xəbər verir ki, ordumuz tərəfindən düşmənin çox sayda hərbi texnika, canlı qüvvə, silah-sursatının məhv edilməsi, qənimət kimi ələ keçirilməsi Ermənistan əhalisi arasında təşviş, hakimiyyətə inamsızlıq, etimadsızlıq və aqressiya yaradıb.

Ermənistan hökuməti bu vəziyyətdən çıxış yolu kimi guya Azərbaycana qarşı “uğurlu hücum planları” həyata keçirilməsi barədə dezinformasiyalar yaymaqda görür.

Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Arçrun Ovanesyan “Facebook” sosial şəbəkəsindəki hesabında növbəti “feyk-nyus” dövriyyəyə buraxıb ki, guya Azərbaycanın hərbi birliyinə məxsus yanacaq-sürtkü materialları olan baza partladılıb və partlayış nəticəsində bazanın yaxınlığında olan kazarmada olan 200-dən artıq hərbçi həlak olub.

Ermənistan əhalisini aldatmağa hesablanan bu informasiyanın saxta olduğu elə xəbərin özünə diqqət yetirdikdə ortaya çıxır. Hamıya məlumdur ki, təkcə hərbi birliklərdə deyil, heç mülki həyatda da tezalışan, yanmaya və partlamaya meylli olan məhsulların saxlanıldığı anbarların yaxınlığında heç bir halda yaşayış üçün nəzərdə tutulan tikili olmur.

Xüsusilə, müharibə şəraitində – döyüş əməliyyatlarının getdiyi bir vaxtda, düşmən qüvvələri ilə bir neçə kilometrlikdə yerləşən hərbi birlikdə yanacaq-sürtkü materialları olan bazanın yaxınlığında kazarmanın olması isə heç bir halda mümkün deyil.

Həmçinin, aktiv döyüş əməliyyatlarının getdiyi bir vaxtda təmas xəttindəki hərbi birlikdə olan kazarmada bir neçə yüz hərbçinin yatmasını düşünmək də, yumşaq desək, sadəlövhlük olar və buna heç uşaq da inanmaz.

Bundan başqa, Ermənistan hakimiyyəti ölkə daxilində əhalinin daha yüksək aqressiyasından çəkindiyi üçün həm canlı qüvvə, həm də hərbi texnika və silah-sursatla bağlı itkilərini ictimaiyyətindən gizlədir. Bu səbəbdəndir ki, minlərlə canlı qüvvə itkisini sadəcə 200-300 göstərməklə, guya əhalidə olan təşvişi azaltmağa çalışırlar. Halbuki, elə sosial şəbəkələrdə yayılan foto və videolardan Ermənistanın itkisinin minlərlə olduğu sübut olunur.

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin də dediyi kimi, artıq texnologiya dövrüdür və heç nəyi gizlətmək mümkün deyil. Azərbaycan Ordusu keçirdiyi əməliyyatların, düşmənin canlı qüvvə və hərbi texnikasının məhv edilməsi ilə bağlı videolar yayır və bununla həmin informasiyaların doğruluğunu xalqa və dünyaya sübutlarla çatdırır.

Ermənistan hökuməti isə heç bir fakta əsaslanmayan, nəinki həqiqətə, heç məntiqə də uyğun gəlməyən şayiələr yayamaqla, xalqın qəzəbini azaltmağa, artıq itirikməkdə olduqları siyasi hakimiyyətin ömrünü uzatmağa çalışırlar.

Ancaq ermənilərin köhnə peşələrinmə sadiq qalaraq üzəduranlıq etmələri heç nəyi dəyişməyəcək – ordumuz düşməni iti qovan kimi qovacaq!