Cəbrayıl sevincini yaşadan Generalbackend

Cəbrayıl sevincini yaşadan General

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son illər ərzində Azərbaycan Ordusunun tərkibində ən böyük iki möhtəşəm əməliyyata və işğal altında olan yüksəkliklərin azad edilməsinə rəhbərlik edən general-mayor Mayis Bərxudarov artıq ictimaiyyətə yaxşı tanışdı və o, qəhrəman kimi Ordunun simasına çevrilib. Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyev Birlik komandirləri – general-mayor Mayis Bərxudarovu, general-mayor Hikmət Mirzəyevi və onların rəhbərlik etdikləri şəxsi heyəti Cəbrayıl şəhərinin və rayonun 9 kəndinin işğaldan azad olunması münasibətilə təbrik edib.

NOCOMMENT.az xəbər verir ki, Bərxudarov da həmkarı və Qarabağ döyüşlərindəki şücaətinə görə Prezidentən təbrik alan Hikmət Həsənov kimi işğal altında olan torpaqda anadan olub.

Mayis Şükür oğlu Bərxudarov 20 aprel 1976-cı ildə Qubadlı şəhərində doğulub.

Uşaq vaxtlarında güləşlə məşğul olub. Azərbaycanın Milli Qəhrəmanı, güləşçi Əliyar Əliyevin tələbəsi olub. 90-cı illərdə Qarabağ müharibəsində şəhid olan müəllimi Əliyar Əliyevə söz verib ki, Azərbaycan bayrağını Ə.Əliyevin şəhid olduğu Laçın koridoruna sancacaq. Hazırda general Bərxudarov bu arzusunun reallaşması istiqamətində uğurlu hərbi əməliyyatlar keçirir, ilkin olaraq isə dünən Cəbrayıl şəhərinə Azərbaycan bayrağını sancıb.

Ermənistan silahlı qüvvələri Qarabağı işğal edən zaman Mayis Bərxudarov Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil olub. 1998-ci ildə baş-leytenant Mayis Bərxudarov kəşfiyyatçı kimi fəaliyyətinə görə “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub və bu ordeni ona şəxsən Heydər Əliyev təqdim edib.

Bu zaman Heydər Əliyev ona “sənə üç otaqlı ev də hədiyyə edirəm” deyir, Bərxudarov isə həmin evi şəhid olmuş əsgərinin ailəsinə bağışlanmasını xahiş edir: “Cənab Prezident, cənab Ali Baş Komandan! Sizin bizə verdiyiniz istənilən ad, titul və hədiyyələr müqəddəsdir, şərəflidir. Lakin mənə bağışladığınız o evi tabeçiliyimdə olan və döyüş tapşırığını yerinə yetirərkən şəhid olmuş hərbi qulluqçunun ailəsinə bağışlamağınızı xahiş edirəm. Mən birtəhər evsiz yaşayaram. Amma onların evləri yoxdur…”

2012-ci ildə polkovnik Mayis Bərxudarov “Vətən uğrunda” medalı ilə, 2018-ci ildə “İgidliyə görə”medalı ilə təltif edilir. Bərxudarov hərbi fəaliyyətində kəşfiyyatçı olduğu üçün açıq mənbələrdə onun bioqrafiyası haqqında ətraflı məlumat yoxdur.
Qafqazinfo