Cəbrayıl və Qubadlıda erməni hərbçilərin cəsədləri TAPILDIbackend

Cəbrayıl və Qubadlıda erməni hərbçilərin cəsədləri TAPILDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qarabağda daha 3 erməni hərbçinin cəsədi tapılıb.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, bu barədə qondarma ölkənin fövqəladə hallar xidmətinin sözçüsü Unan Tadevosyan məlumat yayıb. Məlumata görə, iki cəsəd Cəbrayıl rayonunda, bir cəsəd isə Qubadlı rayonu istiqamətində tapılıb.

Cəbrayılda tapılan cəsədlər tanınmaz halda olduğuna görə, onların şəxsiyyəıtini müəyyənləşdirmək üçün DNT analizi aparılacaq. Qubadlıda tapılan cəsədin şəxsiyyəti məlumdur – Arsen Mamikonyan. Axtarışlar Füzuli, Cəbrayıl və Hadrut istiqamətində davam etdirilir.

Xatırladaq ki, bu günə qədər Qarabağda 1238 hərbçi cəsədi tapılıb.