Cəbrayılda erməni hərbçinin qalıqları TAPILIBbackend

Cəbrayılda erməni hərbçinin qalıqları TAPILIB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın işğaldan azad olunmuş ərazilərində erməni hərbçilərin cəsəd qalıqları tapılmaqda davam edir.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, bu barədə qondarma ölkənin fövqəladə hallar xidmətinin sözçüsü Unan Tadevosyan məlumat yayıb. Onun sözlərinə görə, bu gün rəsmi Bakının icazəsi ilə Cəbrayıl rayonu ərazisinə buraxılan erməni axtarış qrupu daha 1 hərbçinin qalıqlarını tapıb.

Beləliklə, bu günə qədər azad olunmuş ərazilərdə 1 648 erməni hərbçinin qalıqları tapılıb.