Cəbrayılda qəzaya düşən türkiyəli deputatdan AÇIQLAMAbackend

Cəbrayılda qəzaya düşən türkiyəli deputatdan AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda səfərdə olarkən Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin müavini Binəli Yıldırım və mühafizəçi Oğuzhan Dəmirçi ilə birlikdə Cəbrayılda yol qəzası keçirən millət vəkili Şamil Ayrım açıqlama verib.

NOCOMMENT xəbər verir ki, bu barədə o özünün tviter hesabında paylaşım edib: “Azərbaycan səfərimizdə partiya sədrinin müavini Binəli Yıldırımla uğursuz avtomobil qəzasına düşdük. Allaha şükürlər olsun, vəziyyətimiz yaxşıdır, xəstəxanada nəzarət altındayıq. “Keçmiş olsun” diləklərini çatdıran hər kəsə təşəkkür edirəm”.

Qeyd edək ki, daha əvvəl Binəli Yıldırım, Şamil Ayrım və Oğuzhan Dəmirçi Türkiyəyə yola salınıblar.