Cəbrayılda Şəhər günü qeyd edilirbackend

Cəbrayılda Şəhər günü qeyd edilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Cəbrayılda Şəhər günü qeyd edilir.

NOCOMMENT.az   “Report” – a istinadən xəbər verir ki, Cəbrayıl şəhərində sakinlər Şəhər Gününü öz doğma yurdlarında bayram əhval-ruhiyyəsi ilə təntənəli şəkildə qeyd edirlər.

Tədbirin əvvəlində Cəbrayılın qədim və müasir tarixini, mədəni irsini əks etdirən foto və interaktiv sərgi nümayiş etdirilib, həmçinin şəhərin balaca sakinləri üçün “face art” / feys art və interaktiv əyləncəli oyunlar təşkil edilib.

Tədbirin davamı olaraq, incəsənət xadimləri konsert proqramı ilə çıxış edərək şənliyə toplaşanlara xoş ovqat bəxş ediblər.

Qeyd edək ki, Cəbrayıl şəhəri 44 günlük Vətən müharibəsi zamanı 2020-ci il oktyabrın 4-də işğaldan azad edilib.

Prezident İlham Əliyevin Vətən müharibəsində qazanılmış tarixi qələbəni əbədiləşdirmək məqsədi daşıyan 31 iyul 2023 -cü il tarixli “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Sərəncamına əsasən, 4 Oktyabr – Cəbrayıl Şəhəri Günü kimi hər il təntənəli şəkildə qeyd edilir.