Cəbrayıldan yeni – Fotolarbackend

Cəbrayıldan yeni – Fotolar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın mətbuat nümayəndələri erməni işğalından azad edilmiş Cəbrayıl rayonunda olublar.

NOCOMMENT.az xəbər verir ki, AZƏRTAC-ın cəbhə bölgəsinə ezam edilmiş müxbirinin məlumatına görə, jurnalistlər bir daha Cəbrayıl rayonunda işğalın izləri ilə tanış olub, erməni vəhşiliyinin fəsadlarını gözləri ilə görüblər.

Qeyd edək ki, sentyabrın 27-si səhər saatlarından Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Dinc sakinlər hədəf alınıb, onların evlərinə, əmlaklarına və infrastruktura ciddi ziyan dəyib. Ordumuz düşmənin hücumlarının qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə bütün cəbhəboyu əks-hücum əməliyyatına başlayıb.