Çeçen qanuni oğru Lotu Qulinin kriminal imperatorluğunu ələ keçirmək istəyirbackend

Çeçen qanuni oğru Lotu Qulinin kriminal imperatorluğunu ələ keçirmək istəyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çeçenistanlı qanuni oğru Əhməd Dombayev (Şalinski) kriminal aləmdə Lotu Quli kimi tanınan qanuni oğru Nadir Səlifovun kriminal imperatorluğuna zor gücü ilə yiyələnmək istəyir.

NOCOMMENT oxu.az-a istinadən xəbər verir ki, bu barədə ura.ru teleqram kanalında məlumat verib.

Hazırda o, Çelyabinsk bölgəsindəki nüfuzunu aktiv şəkildə artırır və Cənubi Uralın nəzarətçisi statusuna sahibdir. Başqa bölgələrdə dəstək almağı bacarsa, mərhumun irsi üçün Lotu Qulinin qardaşı Namiq Bakinski ləqəbi ilə tanınan Namiq Səlifov ilə rəqabət edə bilər. Ə.Dombayev meyvə, qoz-fındıq və tərəvəz satışına gələn pul axınlarına göz dikib, buna görə də qarşıdurmalara səbəb ola biləcək qəti addımlara hazırdır.

Avqustun 20-də Lotu Quli kriminal imperatorluğu üçün üç iddiaçı barədə xəbər verilib: qətlə yetirilən Ded Xasanın qardaşı oğlu 47 yaşlı Georgi Akoyev (Giya Sverdlovski), hazırda Ukraynada yaşayan 65 yaşlı Avtandil Kobeşavidze (Avto) və 39 yaşlı Əhməd Dombayev.

Lakin Lotu Qulinin varisi Namiq Səlifov sayılır. Qanuni oğrular Merab Mzarelua və Masi Qvaramiyanın barışması onun nüfuzunu artırıb və qeyd-şərtsiz lider statusunu təmin edib.