Çeçenlər və kürdlər arasında münaqişə yaşandıbackend

Çeçenlər və kürdlər arasında münaqişə yaşandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Belçikanın Lyej şəhərində çərşənbə axşamı çeçen və kürd gənclər arasında münaqişə yaşanıb.

NOCOMMENT yenisabah-a istinadən xəbər verir ki, hadisədən bir gün sonra iki qrup arasında təkrar qarşıdurma yaşanıb. Tərəfləri ayırmaq üçün hadisə yerinə gedən 39 yaşlı Aslanbek Diretsov bir qrup kürd gənci tərəfindən beysbol sopaları ilə döyülüb.

Prokurorluğun verdiyi məlumata görə, avtomobili ilə qaçmağa çalışan Diretsov silahla vurularaq öldürülüb.

Belçikadakı çeçenlər arasında sevilən bir insan olduğu deyilən Diretsovun ölümü xəbəri ilə yüzlərlə çeçen küçələrə axın edib. Ağır silahların istifadə olunduğu münaqişə qısa müddətdə böyüyüb. Təxminən 28 nəfər nəzarətə götürülüb. Belçika polisi qisas çağırışları ilə əlaqədar sıx təhlükəsizlik tədbirləri həyata keçirib.