İtaliya səfiri Çeçiliya Piççoni Moskvadakı diplomatik missiyasını başa çatdırır.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat verib.
“Rusiya Xarici İşlər nazirinin müavini Aleksandr Qruşko İtaliyanın fövqəladə və səlahiyyətli səfiri Çeçiliya Piççonini diplomatik missiyasının başa çatması ilə əlaqədar protokol ziyarəti çərçivəsində qəbul edib”, – nazirliyin məlumatında deyilir.
Pikkoni diplomatik missiyasına 2024-cü il iyulun 19-da etimadnamələrin surətlərini təqdim etməklə başlayıb. Onun əvvəlki sələfi Corcio Starace isə Rusiya paytaxtında təxminən üç il xidmət göstərmişdi.