Ceff Bezos ümumilikdə 50 milyon Amazon səhmini satıbbackend

Ceff Bezos ümumilikdə 50 milyon Amazon səhmini satıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Amazon”un qurucusu Ceff Bezos 50 milyonluq səhm satışı planını tamamlayıb.

NOCOMMENT.az xəbər verir ki, ümumilikdə 8,5 milyard dollar qazanan Bezosun gələcək planları məlum deyil. O, Mayamiyə köçəcəyini elan etdikdən sonra “Amazon”un səhm satışları sürətlənib. Bu vəziyyət ortaya Bezosun vergidən yayınması ilə bağlı sual çıxarır. “Amazon” baş icraçı direktoru təxminən 2,4 milyard dollar dəyərində olan şirkət səhmlərini satıb. Beləliklə, milyarder ümumilikdə 50 milyon səhm satmaq planını tamamlayıb.

O, təxminən 14 milyon səhm satıb. Tənzimləyici orqana verilən bildirişə görə, satışlar ötən həftənin sonunda başlayıb və çərşənbə axşamına qədər davam edib. Fevraldan bu yana satılan səhmlərin ümumi sayı 50 milyona yüksəlib, beləliklə nağd pul çıxışı 8,5 milyard dollara çatıb. Bezosun səhm satışı planlaşdırılmış ticarətin bir hissəsi olaraq həyata keçirilib.

Fevral ayı ərzində üç dəfə 12 milyon səhm satışı reallaşdıran Bezos sonuncu dəfə 2021-ci ilin mayında bunu həyata keçirib. Bezos həmçinin 2021-ci ilin mayında Amazon-un baş direktoru vəzifəsindən istefa verib.

191 milyard dollardan çox sərvətə sahib olan iş adamı bu addımı ilə milyonlarla dollar vergiyə qənaət edə biləcəyi ifadə edilib.