Ceff Bezos və İlon Mask Azərbaycana gəlirbackend

Ceff Bezos və İlon Mask Azərbaycana gəlir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Burada NASA Kosmik Agentliyinin nümayəndələri də olacaq. Ceff Bezos, İlon Mask kimi tanınmışlar bu konqresə gələcəklər. Mərkəzi Asiya, xüsusilə Qafqazdan olan iştirakçılar çoxluq təşkil edəcək. Böyük şirkətlər burada öz biznes imkanlarını müzakirə edəcəklər.

NOCOMMENT oxu-ya istinadən xəbər verir ki, bunu 2023-cü ildə Bakıda keçiriləcək Beynəlxalq Astronavtika Konqresi barədə məlumatlandırma məqsədilə keçirilən tədbirdə çıxış edən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyin (“Azərkosmos”) İdarə Heyətinin sədri Saməddin Əsədov deyib.

O, qonaqların viza məsələsində üzləşə biləcəyi çətinliklərdən də söz açıb: “Qonaqların viza məsələsi, nəqliyyatla bağlı çətinliyi ola bilər. Əziz səfirliklər, xahiş edəcəyəm ki, onlara dəstək olasınız. Bu konqres üçün platforma yaradılacaq və onun vasitəsilə çalışacağıq ki, viza məsələsi elə hava limanında həll olunsun.

Konqres bir həftə davam edəcək və 6 oktyabrda başa çatacaq. BAF-nin kosmonavtları ilə birgə 28 sentyabrdan etibarən biz tədbirlərə başlayacağıq”.

Qurum rəhbəri diqqətə çatdırıb ki, Bakı Konqres Mərkəzi və Heydər Əliyev Mərkəzində sərgilər təşkil ediləcək: “Müxtəlif ölkələrin təşkilatlarının stendinə yer veriləcək. Biz müqaviləyə əsasən, pavilyonu binalara yaxın qurmalıyıq. Onun 70 faizi müxtəlif ölkələrə artıq satılıb. Kosmik sahədə milli administrasiyalar sərgiyə qatılmağa maraqlıdırlar. Səudiyyə Ərəbistanı, Türkiyə, Braziliya kimi ölkələrdən sərgidəki yerlərin bir hissəsini artıq alıblar. Onlara səfirliklərdən dəstək lazım olacaq. Çünki ölkələr böyük nümayəndəliklərlə gələcəklər”.

“Biz istərdik ki, bu konqresi elə bir yerdə keçirək ki, dövlət qurumları, siyasətçilər, müvafiq nazirlik nümayəndələri Bakıya gəlsinlər və kosmosun əhəmiyyətini anlaya bilsinlər. Bu, Azərbaycanda ən böyük tədbirlərdən biri olacaq. Bunun üçün xüsusi bir komitə yaradılıb”, – deyə Saməddin Əsədov əlavə edib.