Cəlilabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
NOCOMMENT.az xəbər verir ki, rayonun Adnalı kəndi ərazisində qeydə alınan qəza zamanı “Ford” markalı avtomobillə “VAZ” markalı avtomobil toqquşub.
Hadisə nəticəsində 5 nəfər rayon sakini – 1971-ci il təvəllüdlü Elminaz Həmşəliyeva, 1987-ci il təvəllüdlü Ülviyyə Əsgərova, 1969-cu il təvəllüdlü Ağgül Nadirova, 2000-ci il təvəllüdlü Məlahət Nadirova və 1978-ci il təvəllüdlü Rasim Şəbiyev müxtəlif dərəcəli xəsarətlər alıb.
Onlar rayon xəstəxanasına çatdırılıb.
