Cəlilabadda güclü qar fəsadlara səbəb oldu: ağaclar aşdı, maşınlar toqquşdu- FOTOLARbackend

Cəlilabadda güclü qar fəsadlara səbəb oldu: ağaclar aşdı, maşınlar toqquşdu – FOTOLAR 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cənub bölgəsində müşahidə olunan qarlı hava şəraiti bir sıra çətinliklərə səbəb olub.

NOCOMMENT.az -ın Cənub bürosunun verdiyi xəbərə görə, Ələt–Astara magistral yolunda, əsasən körpülərdə yaranan buzlaşma Cəlilabad rayonu ərazisində yol-nəqliyyat hadisələrinə gətirib çıxarıb.

Səhər saatlarında bir neçə avtomobilin toqquşması qeydə alınıb. Hadisələr nəticəsində xəsarət alan olmasa da, nəqliyyat vasitələrinə ciddi ziyan dəyib.

Eləcə də, rayon ərazisində iri gövdəli ağacların aşması halları da müşahidə olunub ki, bu da bəzi istiqamətlərdə hərəkətin müvəqqəti məhdudlaşmasına səbəb olub.

Hazırda aidiyyəti qurumlar tərəfindən yolların qardan təmizlənməsi və yaranmış fəsadların aradan qaldırılması istiqamətində zəruri tədbirləri davam etdirilir.