Cəlilabadda ögey anasını öldürən şəxs kassasiya şikayəti verdibackend

Cəlilabadda ögey anasını öldürən şəxs kassasiya şikayəti verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cəlilabadda ögey anasını öldürməkdə təqsirləndirilən 1967-ci il təvəllüdlü Sabir Əsədovun barəsindəki qərardan kassasiya şikayəti verilib.

NOCOMMENT.az Pravda.az-ın əldə etdiyi məlumata görə, Ali Məhkəmədə keçiriləcək proses sentyabrın 4-nə təyin edilib.

Şikayət hakimi Tahir Kazımovun sədrliyi ilə araşdırılacaq.

Xatırlatma: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Şirvan Apellyasiya Məhkəməsində Sabir Əsədovun şikayətini təmin etməyib.

Qeyd: 09 may 2021-ci il tarixdə saat 19 radələrində Cəlilabad rayonu, Zərbiəlli kənd sakini 1954-cü il təvəllüdlü Gülgəz Əsədovanın qeyri-aşkar şəraitdə xəsarət alması və aldığı xəsarətlər nəticəsində mayın 27-də ölməsi faktı ilə bağlı cinayət işi başlanıb.

Bu iş üzrə istintaq aparılsa da, cinayəti törətmiş şəxs müəyyən etmək mümkün olmadığından iş üzrə icraat dayandırılıb.

Polis və prokurorluq əməkdaşları tərəfindən cinayət işi yenidən öyrənildikdən sonra bu il aprelin 6-da dayandırılmış icraat təzələnməklə istintaq davam etdirilib.

İstintaq müəyyən edib ki, Gülgəz Əsədovanı ögey oğlu Sabir Əsədov öldürüb.

Belə ki, Sabir Gülgəz ilə şəxsi münasibətlər zəminində aralarında münaqişə yaranıb.

Baş verən mübahisə zamanı Sabirin Gülgəzi birgə yaşadıqları evdə təpiklə sol ayaq nahiyəsinə xəsarətlər yetirməsi, sonuncunun yetirilən xəsarətlər nəticəsində yaranan ağciyər arteriyasının tromboemboliyası səbəbindən ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış mötəbər sübutlar əsasında iyulun 16-da Sabir Əsədova Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.