Cəlilabadda qanunsuz mərasim evi tikilməsinə cəhd zamanı qəbirlər zədələnibbackend

Cəlilabadda qanunsuz mərasim evi tikilməsinə cəhd zamanı qəbirlər zədələnib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cəlilabad rayonunda qanunsuz mərasim evi tikilməsinə cəhd zamanı qəbirlərin zədələndiyi iddia edilir.

NOCOMMENT.az oxu.az-a istinadən xəbər verir ki, rayonun Pərdi kəndində sakinlər tərəfindən qanunsuz şəkildə mərasim evinin tikilməsinə cəhd olunub.

Həmin kəndin bir neçə sakini kənd qəbiristanlığının yaxınlığında mərasim evi inşa etmək məqsədilə ərazidə texnika vasitəsilə hamarlama işləri aparıb. Bu vaxt qəbiristanlıqda bir neçə qəbir zədələnib.

Daha sonra kənd sakinlərinin etiraz etməsi və polisə məlumat verməsi nəticəsində tikinti işləri dayandırılıb.

Hazırda faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində araşdırma aparılır.