Cəlilabadda yağış suları tarixi hesab edilən məzarı üzə çıxarıb – FOTObackend

Cəlilabadda yağış suları tarixi hesab edilən məzarı üzə çıxarıb – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cəlilabadda yağış suları qədim dövrə aid olduğu ehtimal edilən məzardan sümük qalıqlarını üzə çıxarıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Report”un Muğan bürosuna yerli tarixçi Elşad Əmənov məlumat verib.

Tarixçinin sözlərinə görə, tapıntılar rayonun Badamağacı kəndində, yolun kənarında aşkarlanıb.

O bildirib ki, əvvəllər bu ərazidə el arasında “Kosa məzarı” deyilən bir məzar olub. Güman etmək olar ki, bu sümüklər elə həmin qəbirə aiddir.

Tarixçi, həmçinin qeyd edib ki, ərazidə tarixi araşdırmalar aparmaq vacibdir. Məhz bundan sonra tapıntılar barədə ətraflı məlumat söyləmək olar.