Cəlilabadda yanğın zamanı evdən xilas edilən azyaşlı xəstəxanada ölübbackend

Cəlilabadda yanğın zamanı evdən xilas edilən azyaşlı xəstəxanada ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cəlilabad rayonunda yanğın zamanı evdən xilas edilən azyaşlı xəstəxanada ölüb.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, üç gün bundan əvvəl Cəlilabad şəhəri Azərbaycan küçəsində fərdi yaşayış evində baş verən yanğın zamanı xilas edilən 5 yaşlı Rüqəyya İsmayılova Bakı şəhərində xəstəxanalarından birində dünyasını dəyişib.

Qeyd edək ki, yanğın qeyd olunan ünvanda yerləşən ikimərtəbəli yaşayış evində qeydə alınıb. Belə ki, hadisə zamanı evdə təxminən 5-6 yaşlarında iki azyaşlı uşaq olub. Uşaqlardan biri hadisə zamanı çölə qaçaraq xilas olub. Digər uşaq isə yatdığı üçün içəridə qalıb.

Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyi (FHN) Cənub Regional Mərkəzi Dövlət Yanğından Mühafizə Xidmətinin Cəlilabad rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri uşağı xilas ediblər. Azyaşlı ağır vəziyyətdə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Hadisə nəticəsində 300 kv.m sahəyə malik ikimərtəbəli evin 80 kv.m-i qorunsa da, içəridə olan bütün əşyalar və yanar konstruksiyalar yanıb.