Cəlilabadda yeniyetmə bıçaqlandıbackend

Cəlilabadda yeniyetmə bıçaqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cəlilabadda gənclər arasında mübahisə düşüb, bıçaqlanan var.

NOCOMMENT.az -ın Cənub bürosunun verdiyi xəbərə görə, hadisə şəhər mərkəzində, Heydər Əliyev Seyrəngahında qeydə alınıb.

Gənclər arasında mübahisə yaranıb. Mübahisə zəminində Cəlilabad rayon Uzuntəpə kənd sakini, 2009-cu il təvəllüdlü, M. Əsgərəli bıçaq xəsarətləri alıb.

O, Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub və ilkin tibbi yardım göstərilib. Vəziyyətinə uyğun olaraq cərrahi əməliyyata alınıb..Həkimlər onun vəziyyətini stabil olduğunu deyirlər.

Əməli törətməkdə şübhəli bilinən şəxs isə polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.