“Çelsi”nin baş məşqçisi Enzo Mareska istefaya göndərilibbackend

“Çelsi”nin baş məşqçisi Enzo Mareska istefaya göndərilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Çelsi” baş məşqçisi Enzo Mareska ilə yollarını ayırıb.

NOCOMMENT.az apasport.az-a istinadən xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İtaliyalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, Enzo Mareska 2024-cü ilin yayında “Çelsi”nin baş məşqçisi təyin olunmuşdu. “Zadəganlar” 45 yaşlı məşqçinin rəhbərliyi altında ötən mövsüm həm Konfrans Liqasının, həm də Klublararası Dünya Çempionatının qalibi olublar.