Cəmi bir gün Baş nazir olan yeni Prezident kimdir?backend

Cəmi bir gün Baş nazir olan yeni Prezident kimdir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Noyabrın 15-də Moldovada keçirilən prezident seçkilərinin ikinci turunda 57,75 faiz səslə qalib gələn Maya Sandunun şəxsi həyatı marağa səbəb olub.

NOCOMMENT xəbər verir ki, qafqazinfo yeni Prezidentlə bağlı bəzi məlumatları təqdim edir:

Maya Sandu 24 may 1972-ci ildə Moldovanın Faleşteyski rayonunun Risipen kəndində anadan olub.

1989-1994-cü illərdə Moldova İqtisadi Təhsil Akademiyasında oxuyub. 1995-1998-ci illərdə Moldova Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında beynəlxalq əlaqələr üzrə təhsil alıb. 2010-cu ildə Con F. Kennedi adına Harvard Dövlət İdarəetmə İnstitutunu bitirib.

1 iyul 1994-cü ildə Moldova İqtisadiyyat Nazirliyinin Xarici İqtisadi Əlaqələr Departamentinin Avropa Birliyi və Qara dəniz hövzəsi ölkələri ilə əməkdaşlıq şöbəsinin baş mütəxəssisi vəzifəsini tutub və 1996-cı ilin iyun ayında Beynəlxalq İqtisadi Təşkilatlarla Əməkdaşlıq Baş İdarəsində məsləhətçi olub.

1997-1998-ci illərdə Beynəlxalq İqtisadi Təşkilatlarla Əməkdaşlıq Baş İdarəsində rəhbər müavini vəzifəsində çalışıb.

1998-1999-cu illərdə məsləhətçi, 1999-2005-ci illərdə Kişinyovdakı Dünya Bankı ofisində iqtisadçı vəzifəsində çalışıb.

2005-2006-cı illərdə Moldova İqtisadiyyat Nazirliyində Makroiqtisadi Siyasət və İnkişaf Proqramları Baş İdarəsinin direktoru vəzifəsində çalışıb, 2007-ci ilin mart-sentyabr aylarında BMT-nin İnkişaf Proqramı çərçivəsində Moldovadakı proqramların koordinatoru və 2007-2009-cu illərdə mərkəzi dövlət idarəçiliyi islahatı üzrə məsləhətçi vəzifəsini tutub.

2010-2012-ci illərdə Dünya Bankının Vaşinqtonda icraçı direktorunun məsləhətçisi olub.

24 iyul 2012-ci ildə Moldovanın təhsil naziri təyin olunub. 30 iyul 2015-ci ildə istefa verib.

8 iyun 2019-cu ildə Moldovanın 13-cü Baş naziri seçilib. Lakin ertəsi gün Konstitusiya məhkəməsi bu qərarı ləğv edərək Pavel Filippi (20 yanvar 2016-cı ildən 8 iyun 2019-cu ilə qədər Baş nazir olub) geri qaytarıb.

Moldova Prezidenti İqor Dodonun növbəti istefasından və səlahiyyətləri Pavel Filippə verildikdən sonra o, 9 iyun 2019-cu ildə ilk fərmanı ilə Moldovanın 10-cu çağırış parlamentini buraxıb. Eyni zamanda parlament və yeni hökumət bu qərarı yerinə yetirməkdən imtina edib. Ölkədə siyasi bir böhran yaşanıb. Həmin ilin 14 noyabrında İon Kiku Baş nazir seçilib.

Sandu bu ilin oktyabrında “Fəaliyyət və Həmrəylik” partiyasını yaradıb. Elə prezidentliyə namizədliyini də bu partiyadan irəli sürüb.

İngilis, rumın, rus və ispan dillərində səlis danışır.

Ailəli deyil, Kişinyovda sahəsi 74 kv.m olan ikiotaqlı bir mənzildə yaşayır. Daha öncə müsahibələrinin birində prezident seçiləcəyi təqdirdə dövlət pulunu xərcləməmək üçün oradan köçməyəcəyini bildirib.

2007-ci il istehsalı olan “Toyota Rav 4” avtomobilinə sahibdir.