Cəmil Həsənlinin qızı təkzib etdi: Videodakı mən deyiləm…backend

Cəmil Həsənlinin qızı təkzib etdi: Videodakı mən deyiləm…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Milli Şura”nın sədri Cəmil Həsənli BBC Azərbaycanca-ya qızına aid olduğu iddia edilən intim görüntülərin yayılması ilə bağlı “hüquqi müstəvidə işlərin görüldüyünü” bildirib.

Cəmil Həsənli feysbuk profilində vurğulayıb ki, qızı yetkin insandır və öz şəxsi həyatını “necə yaşamaq istəməsi onun şəxsi işidir”.

NOCOMMENT savash.org-a istinadən xəbər verir ki, ailəyə yaxın mənbələrdən birinin BBC News Azərbaycanca-ya açıqlamasına görə, Cəmil Həsənlinin qızı Günel Həsənli yayılmış videogörüntüdəki şəxsin “özü olmadığını və belə bir şey yaşadığını xatırlamadığını” bildirib.

Hər hansı ictimai-siyasi fəaliyyəti olmayan Günel Həsənlinin adının ictimaiyyət arasında hallanması ilk dəfə deyil. 2014-cü ildə o, idarə etdiyi avtomobillə qəza törətməkdə ittiham olunaraq 1 il 6 ay məntəqə tipli həbsxanada cəza çəkməyə məhkum edilmişdi.