Milli Məclis Nural Əliyevlə bağlı qərar verdi

Milli Məclis Nural Əliyevlə bağlı qərar verdi

Gəncə Apellyasiya Məhkəməsinin hakimi Nural Əliyev vəzifəsindən azad edilib.

NOCOMMENT.az xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin mayın 26-da keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.

Səsvermə nəticəsində N.Əliyev hakim vəzifəsindən azad olunub.

Qeyd edək ki, Əliyev Nural Turab oğlu 1986-cı ildə Bakıda anadan olub. 2008-ci ildə Bakı Dövlət Universitetin Hüquq fakülətsini bitirib. 2009-2016-cı illərdə Ali Məhkəmənin katibi, 2016-2018-ci illərdə Sabunçu Rayon Prokurorluğunda müstəntiq vəzifələrində çalışıb.

2018-ci ildə Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi təyin olunub.

N.Əliyev 2022-ci ilin dekabr ayının 23-də Gəncə Apellyasiya Məhkəməsinin hakimi təyin edilib.