Sabah dənizə getmək istəyənlərin NƏZƏRİNƏ

Sabah dənizə getmək istəyənlərin NƏZƏRİNƏ

Milli Hidrometeorologiya Xidməti iyunun 17-də Abşeron çimərliklərində müşahidə olunacaq hava şəraiti ilə bağlı proqnozu açıqlayıb.

NOCOMMENT.az xəbər verir ki, gün ərzində şimal-qərb küləyi əsəcək, günün ikinci yarısında isə cənub-şərq küləyi ilə əvəz olunacaq.

Dəniz suyunun temperaturu şimal istiqamətli çimərliklərdə - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh və Zuğulbada 21-22 dərəcə isti olacaq.

Cənub çimərliklərində - Türkan, Hövsan, Sahil və Şıx ərazilərində isə dəniz suyunun temperaturunun 23-24 dərəcə isti təşkil edəcəyi gözlənilir.