Çempionlar Liqası: PSJ əzmkar qələbə ilə yarımfinala yüksəldibackend

Çempionlar Liqası: PSJ əzmkar qələbə ilə yarımfinala yüksəldi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünən UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə start verilib.

NOCOMMENT-in məlumatına görə, ilk oyun günündə bir qarşılaşma keçirilib.

İtaliya “Atalanta”sı Portuqaliyanın Lissabon şəhərindəki “Estadio da Luş” stadionunda Fransa çempionu PSJ ilə üz-üzə gəlib. Rəqibini 2:1 hesabı ilə məğlub edən Paris təmsilçisi yarımfinala vəsiqə qazanan ilk komanda olub.

Görüşdə hesabı 27-ci dəqiqədə “Atalanta”nın heyətində Mario Paşaliç açıb. İlk hissə bu hesabla başa çatıb. 90-cı dəqiqədə Markinyos tarazlığı bərpa edib. Oyunun əsas vaxtına əlavə olunmuş 3-cü dəqiqədə isə Erik Şupo-Motinq PSJ-nin 2-ci qolunu vuraraq komandasına əzmkar qələbə qazandırıb.

Qeyd edək ki, PSJ yarımfinalda “Leyptsiq” (Almaniya) – “Atletiko” (İspaniya) duelinin güclüsü ilə qarşılaşacaq.