Çempionlar Liqası: “Qalatasaray” öz meydanında “Bavariya”ya məğlub olubbackend

Çempionlar Liqası: “Qalatasaray” öz meydanında “Bavariya”ya məğlub olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

UEFA Çempionlar Liqasında qrup mərhələsinin III turuna start verilib.

NOCOMMENT.az report-a istinadən xəbər veri ki, ilk oyunlar İstanbul və Milanda keçirilib.

A qrupunda yer alan Türkiyə klubu “Qalatasaray” Almaniya nəhəngi “Bavariya”nı qəbul edib. Matçda hesabı erkən qolla qonaqlar açıblar. Kinqsli Koman 8-ci dəqiqədə adını tabloya yazdırıb. Yarım saatın tamamında Mauro İkardi penaltini dəqiq yerinə yetirərək, “status-kvo”nu bərpa edib. Buna baxmayaraq, “cim-bom” güclü rəqibindən xal almağı bacarmayıb. Əvvəlcə 73-cü dəqiqədə Harri Keyn yaxın məsafədən toru silkələməkdə çətinlik çəkməyib. 6 dəqiqə sonra isə Camal Musiala qarşılaşmada son nöqtəni qoyub.

3:1 hesablı qalibiyyət sayəsində xallarının sayını 9-a yüksəldən “Bavariya” liderliyini möhkəmlədib. “Qalatasaray” isə 4 xalla ikinci pillədə qalıb.

İtaliya “İnter”i D qrupu çərçivəsində “Cüzeppe Meatsa”da Avstriya təmsilçisi “Zaltsburq”u sınağa çəkib. Əvvəlcə 19-cu dəqiqədə ev sahiblərindən Aleksis Sançes komandasını önə keçirib. 57-ci dəqiqədə avstriyalıların heyətində Oskar Qlux fərqlənsə də, bu, komandanın səfərdə xal qazanması üçün kifayət etməyib. 64-cü dəqiqədə türkiyəli yarımmüdafiəçi Hakan Çalhanoğlu qarşısıalınmaz zərbə ilə “Zaltsburq”un ümidinin üstündən xətt çəkib. Yekunda “İnter” 2:1 hesablı qələbə qazanıb.

Hazırda “neradzurra” 7 xalla turnir cədvəlinə başçılıq edir. Hesabında 3 xal olan “Zaltsburq” isə 3-cü sıradadır.