Çempionlar Liqasında 1/8 finalın püşkü atıldıbackend

Çempionlar Liqasında 1/8 finalın püşkü atıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkatma mərasimi keçirilib.

NOCOMMENT-in məlumatına görə, İsveçrənin Nyon şəhərində baş tutan tədbirdə bu raundda üz-üzə gələcək cütlüklər müəyyənləşib.

Çempionlar Liqası

1/8 final mərhələsi

“Borussiya” (Mönhenqladbax, Almaniya) – “Mançester Siti” (İngiltərə)

“Latsio” (İtaliya) – “Bavariya” (Almaniya)

“Atletiko” (Madrid, İspaniya) – “Çelsi” (İngiltərə)

“Leyptsiq” (Almaniya) – “Liverpul” (İngiltərə)

“Portu” (Portuqaliya) – “Yuventus” (İtaliya)

“Barselona” (İspaniya) – PSJ (Fransa)

“Atalanta” (İtaliya) – “Real Madrid ” (İspaniya)

“Sevilya” (İspaniya) – “Borussiya” (Dortmund, Almaniya)

Qeyd edək ki, 1/8 finalın ilk oyunları 2021-ci il fevralın 16-17-də və 23-24-də, cavab qarşılaşmaları isə martın 9-10-da və 16-17-də gerçəkləşəcək. Qrup qalibləri ilk matçı səfərdə, ikinci oyunu isə evdə keçirəcək.