Çempionlar Liqasında qrup mərhələsinə start verilir – AFİŞAbackend

Çempionlar Liqasında qrup mərhələsinə start verilir – AFİŞA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Çempionlar Liqasında qrup mərhələsi start götürəcək.

NOCOMMENT oxu.az-a istinadən xəbər verir ki, birinci turun ilk oyun günündə səkkiz qarşılaşma baş tutacaq.

Türkiyə çempionu “Başakşəhər” səfər sınağına çıxacaq. H qrupunda mübarizə aparan İstanbul klubu Almaniyada “Leypsiq”lə üz-üzə gələcək.

Qrupun digər matçında PSJ “Mançester Yunayted”i qəbul edəcək.

E qrupunda “Çelsi” “Sevilya”nı, “Renn” “Krasnodar”ı sınağa çəkəcək. F qrupunda “Latsio” Dortmund “Borussiya”sı, “Zenit” isə “Brügge” ilə üz-üzə gələcək.

G qrupunda “Yuventus” Kiyev “Dinamo”sunun qonağı olacaq. “Barselona” “Ferensvaroş”la ev matçına çıxacaq.

Qeyd edək ki, turun digər 8 qarşılaşması oktyabrın 21-də keçiriləcək.

Çempionlar Liqası
Qrup mərhələsi, I tur

20 oktyabr
E qrupu
23:00. “Çelsi” (İngiltərə) – “Sevilya” (İspaniya)
23:00. “Renn” (Fransa) – “Krasnodar” (Rusiya)

F qrupu
20:55. “Zenit” (Rusiya) – “Brügge” (Belçika)
23:00. “Latsio” (İtaliya) – “Borussiya” (Dortmund, Almaniya)

G qrupu
20:55. “Dinamo” (Kiyev, Ukrayna) – “Yuventus” (İtaliya)
23:00. “Barselona” (İspaniya) – “Ferensvaroş” (Macarıstan)

H qrupu
23:00. PSJ (Fransa) – “Mançester Yunayted” (İngiltərə)
23:00. “Leypsiq” (Almaniya) – “Başakşəhər” (Türkiyə)