Çempionlar Liqasının finalı İstanbulda keçirilməyəcəkbackend

Çempionlar Liqasının finalı İstanbulda keçirilməyəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

UEFA Çempionlar Liqasının 2020-2021-ci il mövsümünün final oyunu İstanbul şəhərində keçirilməyəcək.

NOCOMMENT oxu.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı məşhur idman jurnalisti Nikola Skira özünün tvitter səhifəsində yazıb.

O qeyd edib ki, turnirin həlledici görüşü Londonda və ya Lissabonda keçirilə bilər.

Səbəb kimi Böyük Britaniya hökumətinin Türkiyəni koronovirusla əlaqədar “qırmızı siyahı”ya salmasıdır.

Xatırladaq ki, UEFA Çempionlar Liqasının final oyununda iki ingilis klubu – “Çelsi” və “Mançester Siti” üz-üzə gələcək.