Çempionlar Turu: Karlsen qalib, Məmmədyarov 3-cü oldubackend

Çempionlar Turu: Karlsen qalib, Məmmədyarov 3-cü oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun “New In Chess” adlı V mərhələsinə yekun vurulub.

NOCOMMENT report-a istinadən xəbər verir ki, finalda Karlsenlə ABŞ təmsilçisi Hikaru Nakamura qarşılaşıb. Bu gün keçirilən ikinci oyun günündə 2:2 hesablı heç-heçə qeydə alınıb. Tərəflər hərəyə 1 qələbə, 2 heç-heçə ediblər.

İlk oyun günündə Karlsen 3:1 hesabı ilə qalib gəldiyi üçün mərhələnin qalibi olub.

Qeyd edək ki, 3-cü yeri Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov tutub.

Çempionlar Turu: “New In Chess”

Final

Maqnus Karlsen (Norveç) – Hikaru Nakamura (ABŞ) – 2:2 (İlk oyun – 3:1)

3-cü yer uğrunda görüş

Şəhriyar Məmmədyarov (Azərbaycan) – Levon Aronyan (Ermənistan) – 2,5:0,5 (İlk oyun – 2:2)

Qeyd edək ki, ümumi mükafat fondu 100 000 ABŞ dolları olan turnirin qalibi 30 000 ABŞ dolları qazanıb.