Çempionlar Turu: Məmmədyarov və Rəcəbov V mərhələdə mübarizəyə başlayırlarbackend

Çempionlar Turu: Məmmədyarov və Rəcəbov V mərhələdə mübarizəyə başlayırlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün şahmat üzrə dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun V mərhələsində mübarizə start veriləcək.

NOCOMMENT xəbər verir ki, “New In Chess” adlı mərhələdə Azərbaycanı Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov təmsil edəcək. Ümumilikdə 16 qrossmeyster 3 gün ərzində bir-biri ilə üz-üzə gələcək.

İlk 5 turun görüşləri birinci yarış günündə olacaq. I turda Məmmədyarov qara fiqurlarla ABŞ təmsilçisi Hikaru Nakamura ilə, Teymur Rəcəbov isə ağ fiqurlarla Böyük Britaniyadan olan Qaveyn Consla qarşılaşacaq.

Rəcəbov Ermənistan təmsilçisi Levon Aronyanla III, Məmmədyarov isə XIII turda qarşılaşacaq. Onlar müvafiq olaraq qara və ağ fiqurlarla mübarizə aparacaqlar. Şahmatçılar XI turda bir-birilərinə rəqib olacaqlar.

New In Chess

24 aprel

I tur

Teymur Rəcəbov – Qaveyn Cons (Böyük Britaniya)
Hikaru Nakamura (ABŞ) – Şəhriyar Məmmədyarov

II tur

Teymur Rəcəbov – Aryan Tari (Norveç)
Şəhriyar Məmmədyarov – Alireza Firuzca (FIDE)

III tur

Levon Aronyan (Ermənistan) – Teymur Rəcəbov
Yan Kşiştof Duda (Polşa) – Şəhriyar Məmmədyarov

IV tur

Şəhriyar Məmmədyarov – Rameşbabu Praqqnanandha (Hindistan)
Teymur Rəcəbov – Yohan-Sebastyan Kristiansen (Norveç)

V tur

Maqnus Karlsen (Norveç) – Teymur Rəcəbov
Vesli So (ABŞ) – Şəhriyar Məmmədyarov.