Çempionlar Turu: Məmmədyarov yarımfinalda, Rəcəbov mübarizəni dayandırdıbackend

Çempionlar Turu: Məmmədyarov yarımfinalda, Rəcəbov mübarizəni dayandırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun “New In Chess” adlı V mərhələsində yarımfinala vəsiqə qazanıb.

NOCOMMENT report-a istinadən xəbər verir ki, 1/4 final mərhələsinin ilk görüşlərində Alireza Firuzcaya (FIDE) 3:1 hesabı ilə qalib gələn 36 yaşlı qrossmeyster bu raundun digər qarşılaşmalarında da rəqibinə şans verməyib.

Birinci və üçüncü partiyalarda qara fiqurlarla qələbə qazanan Məmmədyarov ikinci görüşdə heç-heçə edib. Nəticədə 4-cü partiyanı oynamağa ehtiyac qalmayıb. Onun yarımfinaldakı rəqibi 1/4 finalda Le Kuanq Lyemi (Vyetnam) mübarizədən kənarlaşdıran Hikaru Nakamura (ABŞ) olacaq.

Teymur Rəcəbov isə 1/4 finalın ikinci günündə Maqnus Karlsenə uduzaraq, mübarizəni dayandırıb. Onlar arasında ilk görüşlər 2:2 hesabı ilə başa çatmışdı. Karlsen yarımfinalda Levon Aronyanla (Ermənistan) qarşılaşacaq.

Yarımfinal görüşləri də 2 gün davam edəcək. Qarşılaşmaların ardından qalib müəyyənləşməsə, tay-brek oynanılacaq.

1/4 finalın ikinci günündə qeydə alınan nəticələr

Maqnus Karlsen (Norveç) – Teymur Rəcəbov – 2,5:1,5 (1-ci gün – 2:2)

Şəhriyar Məmmədyarov – Alireza Firuzca (FIDE) – 2,5:0,5 (3:1)

Levon Aronyan (Ermənistan) – Vesli So (ABŞ) – 2:1 (3:1)

Le Kuanq Lyem (Vyetnam) – Hikaru Nakamura (ABŞ) – 1:2 (1,5:2,5)

Qeyd edək ki, ümumi mükafat fondu 100 000 ABŞ dolları olan turnirə mayın 2-də yekun vurulacaq. Qalib 30 000 ABŞ dolları qazanacaq.