Çempionlar Turu: Şəhriyar Məmmədyarov finala çıxa bilmədibackend

Çempionlar Turu: Şəhriyar Məmmədyarov finala çıxa bilmədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun “New In Chess” adlı V mərhələsində finalçılar müəyyənləşib.

NOCOMMENT report-a istinadən xəbər verir ki, yarımfinal mərhələsinin cavab görüşündə Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov ABŞ təmsilçisi Hikaru Nakamura ilə üz-üzə gəlib. İlk görüşdə uduzan Məmmədyarov ikinci qarşılaşmada 3:0 hesablı qələbə qazanaraq, oyunu tay-brekə daşıyıb. Lakin heç-heçə qeydə alındığından, qalibi müəyyənləşdirmək üçün armageddon oynanılıb. Burada məğlub olan Məmmədyarov finala çıxa bilməyib.

Nakamuranın finaldakı rəqibi isə Maqnus Karlsen olacaq. Yarımfinalın ilk görüşündə Ermənistan təmsilçisi Levon Aronyanla heç-heçə edən dünya çempionu cavab qarşılaşmasında 3:1 hesablı qələbə qazanıb.

Məmmədyarov Aronyanla 3-cü yer uğrunda mabarizə aparacaq.

Çempionlar Turu: “New In Chess”

Yarımfinal, cavab görüşləri

Hikaru Nakamura (ABŞ) – Şəhriyar Məmmədyarov (Azərbaycan) – 0:3 (Tay-brekdə – 2:1, İlk görüş – 3:1)

Levon Aronyan (Ermənistan) – Maqnus Karlsen (Norveç) – 1:3 (İlk görüş – 2:2)

Qeyd edək ki, ümumi mükafat fondu 100 000 ABŞ dolları olan turnirə mayın 2-də yekun vurulacaq. Qalib 30 000 ABŞ dolları qazanacaq.