Cənazə 2-ci mərtəbədən düşürülən zaman pilləkən qırıldı – Zabrat sakinləri təhlükə içində – VİDEObackend

Cənazə 2-ci mərtəbədən düşürülən zaman pilləkən qırıldı – Zabrat sakinləri təhlükə içində – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bina köhnə, pilləkənlər yarasız… Hətta, cənazə aparılarkən pilləkan qırılıb, insanlar çətin vəziyyətlə üzləşib…

NOCOMMENT.az xəbər verir ki, paytaxtın Sabunçu rayonu, Zabrat qəsəbəsi, oktyabr küçəsində yaşayan sakinlər bu iddia ilə müraciət ediblər. Onların sözlərinə görə, məskunlaşdıqları bina köhnə olduğundan təhlükə altında yaşayırlar.

Hətta bir neçə gün öncə qonşuluqdakı evdən cənazə aparılarkən pilləkən qırılıb, sakinlər yıxılıb.

Məsələ ilə bağlı Sabunçu Rayon İcra hakimiyyətindən “Xəzər Xəbər”ə bildirildi ki, bina Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansındadır.

Bakı Şəhər İcra Hakimiyyətindən isə qeyd edildi ki, əraziyə baxış keçiriləcək və məsələ araşdırılacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.