Cənub Qaz Dəhlizinin bir hissəsi niyə ərəblərə satıldı?backend

Cənub Qaz Dəhlizinin bir hissəsi niyə ərəblərə satıldı?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevralın 2-də Əbu-Dabidə Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed ən-Nəhyanla görüşü baş tutub. Görüşdən sonra Azərbaycan və BƏƏ prezidentlərinin iştirakı ilə “Cənub Qaz Dəhlizi” QSC-də İqtisadiyyat Nazirliyinə məxsus qeyri-nəzarət payının müəyyən hissəsinin Əbu-Dabi Milli Neft Şirkətinin investisiya qolu olan XRG Şirkətinə satışı ilə bağlı alqı-satqı müqaviləsinə dair sənəd imzalanıb.

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan Neft Araşdırmaları Mərkəzinin sədri İlham Şaban bildirib ki, Azərbaycan İqtisadiyyat Nazirliyi ilə BƏƏ-nin XRG Şirkəti arasında imzalanan bu alqı-satqı müqaviləsi göstərir ki, kifayət qədər kapitala malik olan şirkətlər dünya iqtisadiyyatında müşahidə edilən turbulentlik dövründə öz vəsaitlərini daha etibarlı və dividend gətirən layihələrə yönəltməyə çalışırlar:

“XRG Şirkəti üçün bu baxımdan ‘Cənub Qaz Dəhlizi’ cəlbedici investisiya layihəsidir. Bu, sadəcə söz deyil.

Əgər biz yaxın 5 il ərzində qaz hasilatının və Avropaya ixracın artacağını nəzərə alsaq, bu layihə daşımacı şirkət kimi investor üçün stabil və uzunmüddətli gəlir mənbəyi deməkdir. Bu isə onu göstərir ki, investor layihənin gələcəyinə inanır”.

İlham Şaban qeyd edib ki, bu kontekstdə sual yaranır: əgər layihə gəlirli və perspektivlidirsə, Azərbaycan niyə payının bir hissəsini satır?

“Cavab sadədir. Azərbaycanın hazırkı mərhələdə maliyyə resurslarına ehtiyacı var və bu addım da məhz mövcud iqtisadi ehtiyaclar fonunda atılır”.

Atilla Rzasoy